Azərbaycanda 52 mindən çox yeni iş yeri yaradılıb

Azərbaycanda 52 mindən çox yeni iş yeri yaradılıb

ELAZ.İNFO xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanda 52,3 min yeni iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yeni iş yerlərinin böyük hissəsi özəl sektorun payına düşüb. Belə ki, yaradılan iş yerlərinin 93,2 faizi qeyri-dövlət sektorunda qeydə alınıb.

Yeni iş yerlərinin 77,5 faizi Bakı şəhərində, 21 faizi regionlarda, 1,5 faizi isə Naxçıvan Muxtar Respublikasında yaradılıb.

Qeyd edək ki, statistik göstəricilər ölkədə yeni məşğulluq imkanlarının əsasən qeyri-dövlət sektorunda formalaşdığını göstərir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın