70 mindən çox abituriyent ixtisas seçimini təsdiqləyib

18.08.2026

ELAZ.İNFO xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyent və subbakalavrların ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 18 avqust saat 10:00-a olan göstəricilərə əsasən, 70 519 nəfər elektron ixtisas seçimi ərizəsini təsdiqləyib.

İxtisas seçimi 19 avqust saat 23:59-dək davam edəcək. Müsabiqədə yalnız elektron ərizəsini təsdiqləmiş şəxslər iştirak edə biləcəklər.

DİM abituriyentlərə seçimlərini son ana saxlamamağı və ərizənin təsdiqləndiyinə əmin olmağı tövsiyə edir.

Günel GÜNTAC

👁 140
Teqlər: