Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq gündəmdə olub


ELAZ.İNFO xəbər verir ki, Nyu-Yorkda Azərbaycan və Pakistan nümayəndələri arasında görüş keçirilib.
Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşündə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib.
Tərəflərin gündəliyində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi ilə yanaşı, regional və beynəlxalq məsələlər də yer alıb.
Günel GÜNTAC
17





