Azərbaycan qazının Bolqarıstana tədarükünün artırılması müzakirə olunub

23.09.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlər, regional məsələlər və enerji sahəsində əməkdaşlıq müzakirə edilib. Tərəflər Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi imkanlarına da toxunublar.

Azərbaycanın Avropanın enerji təminatındakı rolunun artırılması son illərdə Bakı ilə Avropa ölkələri arasında müzakirə olunan əsas iqtisadi mövzulardan biridir.

İlahə BAYINDIR


Bizi izləyin və paylaşın
👁16
Teqlər: