AİB Azərbaycanda iqtisadi artımla bağlı yeni proqnoz açıqladı

23.09.2026

ELAZ.İNFO xəbər verir ki, Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadiyyatı ilə bağlı yeni gözləntilərini açıqlayıb.

Bankın proqnozuna görə, ölkə iqtisadiyyatının 2026-cı ildə 1,6 faiz, 2027-ci ildə isə 1,8 faiz böyüməsi gözlənilir. Bununla yanaşı, AİB Azərbaycanda inflyasiyanın 2026-cı ildə orta hesabla 5,9 faiz, gələn il isə 5 faiz olacağını proqnozlaşdırır.

Bank həmçinin Azərbaycanda uçot dərəcələrinin 2026-cı il ərzində sabit saxlanılacağını gözləyir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁18