Azərbaycan BMT-də Cammu və Kəşmir məsələsi ilə bağlı mövqeyini açıqlayıb


ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə həll edilməsinin tərəfdarı olduğunu bir daha bəyan edib.
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir üzrə Əlaqə Qrupunun toplantısında çıxış edib.
Nazir bildirib ki, Azərbaycan məsələnin BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllini dəstəkləyir. O, həmçinin Hindistan və Pakistan arasında münasibətlərin normallaşmasının regionda sabitliyə töhfə verə biləcəyini qeyd edib.
İlahə BAYINDIR
15





