Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha iki qızıl medal qazanıb


ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın veteran cüdoçuları beynəlxalq arenada növbəti uğura imza atıblar.
Milli komandanın üzvləri veteranlar arasında keçirilən dünya çempionatında daha iki qızıl medal əldə ediblər. Bununla Azərbaycan nümayəndələrinin turnirdəki medal sayı artıb.
Azərbaycan cüdoçularının çıxışları yaxın günlərdə də davam edəcək. Ölkəmizin əsas cüdo millisi isə oktyabrın 4-11-də Bakıda keçiriləcək dünya çempionatına hazırlaşır. Yarış üçün ilkin heyət artıq açıqlanıb.
İslam MAHMUDOV
12





