Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq


ELAZ.İNFO xəbər verir ki, Bakının Yasamal rayonunda bir sıra ünvanlarda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq”ın məlumatına görə, sentyabrın 23-də təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələrində, Hüseyn Cavid prospektində və Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq.
Qurum bildirir ki, işlərin tamamlanmasından sonra həmin ərazilərin elektrik təchizatının daha dayanıqlı olması nəzərdə tutulur.
Günel GÜNTAC
24





