Azərbaycan Ermənistana 17 milyon dollardan çox məhsul ixrac edib

Azərbaycan Ermənistana 17 milyon dollardan çox məhsul ixrac edib

ELAZ.İNFO xəbər verir ki, 2026-cı ilin ilk yeddi ayında Azərbaycanla Ermənistan arasındakı iqtisadi əlaqələrdə yeni rəqəmlər açıqlanıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-iyul aylarında Azərbaycandan Ermənistana 17 milyon 372,1 min ABŞ dolları dəyərində məhsul göndərilib. Bu məbləğ Azərbaycanın ümumi ixracının təxminən 0,09 faizinə bərabərdir.

Məlumata görə, hesabat dövründə əks istiqamətdə də məhsul idxalı qeydə alınıb. Azərbaycana Ermənistandan gətirilən məhsulların ümumi dəyəri 960 dollar təşkil edib. İyul ayında isə Ermənistandan Azərbaycana idxal həyata keçirilməyib.

Ticarət əlaqələrində yeni göstərici

Açıqlanan statistika iki ölkə arasında uzun müddət məhdud qalan iqtisadi münasibətlərdə son dövrdə müəyyən canlanmanın yarandığını göstərən göstəricilərdən biri kimi diqqət çəkir.

Xüsusilə Azərbaycanın Ermənistana məhsul ixrac etməsi ilə yanaşı, ölkə ərazisindən Ermənistana tranzit yüklərin keçirilməsinin də bərpa olunması regional iqtisadi əlaqələrin gündəmə gəlməsinə səbəb olub.

Qeyd edək ki, Azərbaycan-Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələri regionda normallaşma prosesinin əsas istiqamətlərindən biri hesab olunur.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın