ABŞ-da güclü fırtına hava nəqliyyatını iflic edib: 1400-dən çox reysə təsir göstərib

27.11.2026

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın şərqində müşahidə olunan güclü fırtına hava nəqliyyatında ciddi çətinliklər yaradıb. Noyabrın 26-da ölkədə 1009 aviareys gecikib, daha 396 reys isə ləğv edilib.

Hava şəraitinin pisləşməsi ABŞ-da Şükranlıq Günü ilə əlaqədar səfərlərin intensiv olduğu vaxta təsadüf edib. Bu isə sərnişinlərin hava limanlarında üzləşdiyi çətinlikləri daha da artırıb.

Güclü yağış və külək ehtimalı ilə əlaqədar Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib. Küləyin sürətinin saniyədə 26 metrə çatacağı proqnozlaşdırılıb.

Belə hava şəraiti yalnız aviareyslərin qrafikinə deyil, avtomobil yollarında hərəkətə və gündəlik infrastruktura da təsir göstərə bilər. Sərnişinlərə uçuşdan əvvəl aviaşirkətlərin yenilənmiş məlumatlarını yoxlamaq tövsiyə olunur.

elaz. info

👁 190
Teqlər: