Xarici diplomları olanlara şad xəbər… İkili diplom proqramları genişləndirilir!

Azərbaycanın ali təhsil sisteminin beynəlxalq əlaqələrinin genişləndirilməsi və dünyanın aparıcı universitetləri ilə birgə kadr hazırlığı istiqamətində növbəti mühüm müzakirə aparılıb. Çin Xalq Respublikasının nüfuzlu ali təhsil ocaqlarından biri ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
ELAZ.INFO xəbər verir ki, Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi Li Nan ilə rəsmi görüş keçirilib. Görüş zamanı Azərbaycanın ali təhsil müəssisələri ilə Pekin Kimya Texnologiya Universiteti arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Tərəflər xüsusilə ikili diplom proqramları çərçivəsində tərəfdaşlığın genişləndirilməsi, eləcə də elmi-tədqiqat və tələbə-müəllim mübadiləsi sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılması barədə fikir mübadiləsi aparıblar.
ELAZ.İNFO




