Eyni ailənin iki azyaşlı övladı dünyasını dəyişib: Sulutəpədə baş verən hadisə suallar yaradıb

ELAZ.İNFO xəbər verir ki, Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində bir ailənin iki azyaşlı qız övladının qısa müddət ərzində vəfat etməsi ciddi narahatlıq yaradıb.
Məlumata görə, 2015-ci il təvəllüdlü Ülkər Hüseynova noyabrın 7-də, onun 2017-ci il təvəllüdlü kiçik bacısı Nuranə isə noyabrın 23-də həyatını itirib.
TƏBİB-in açıqlamasında hər iki uşaqla bağlı təcili tibbi yardım çağırışlarının qeydə alındığı bildirilib. Məlumata əsasən, briqadalar ünvana göndərilib, lakin hər iki halda uşaqların həkiməqədər ölüm faktı qeydə alınıb.
Ailənin yaxınları uşaqların tibbi yardım aldığını və həkim səhlənkarlığının ölümə səbəb ola biləcəyini iddia ediblər.
İslam MAHMUDOV
230




