Türkiyə şou-biznesində hüquqi qalmaqal: Ceylan Kaya həbs olundu, Özcan Deniz sərbəst buraxıldı

27.11.2026

ELAZ.İNFO xəbər verir ki, Türkiyədə tanınmış sənət adamlarının da adlarının hallandığı istintaq çərçivəsində yeni qərarlar verilib. İstanbulda aparılan araşdırma zamanı saxlanılan şəxslərdən müğənni Ceylan Kaya barəsində həbs qətimkan tədbiri seçilib.

Türkiyə mətbuatının məlumatına görə, istintaq narkotik vasitələrin qanunsuz dövriyyəsi, təmin edilməsi, istifadəsi və digər iddialarla bağlı aparılır. Araşdırma çərçivəsində sənətçilərin ifadələri alınıb, rəqəmsal materiallar və telefon məlumatları da yoxlanılıb.

İş üzrə ifadə verən tanınmış simalar arasında aktyor və müğənni Özcan Deniz, aktrisa Burcu Özberk və Deniz Çakır da olub. On nəfər məhkəməyə çıxarılıb. Ceylan Kaya barəsində çirkli pulların yuyulması ittihamı üzrə həbs qərarı verilib, digər doqquz nəfər isə ölkədən çıxış qadağası ilə məhkəmə nəzarətinə buraxılıb.

Qeyd edək ki, barəsində istintaq aparılan şəxslərin hamısının təqsiri məhkəmə hökmü ilə müəyyən edilməyib. Araşdırma davam edir və hüquqi qiymət yekun məhkəmə qərarından sonra veriləcək.

elaz.info

👁 140