Bakıda daha bir dəm qazı faciəsi: 37 yaşlı qadının meyiti evində aşkarlanıb

ELAZ.İNFO xəbər verir ki, paytaxtın Yasamal rayonunda 37 yaşlı qadının dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir. Hadisə qadının yaşadığı mənzilin hamam otağında baş verib.
Məlumata görə, 1989-cu il təvəllüdlü Həmidə Aslanova hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparıldığı bildirilir.
Dəm qazı rəngsiz və qoxusuz olduğundan onun təhlükəsini vaxtında hiss etmək çətin ola bilər. Nasaz suqızdırıcılar, düzgün quraşdırılmayan qaz avadanlıqları və işləməyən havalandırma sistemi belə faciələrə səbəb ola bilər.
Mütəxəssislər qaz cihazlarının saz vəziyyətdə saxlanılmasını, tüstü bacalarının və havalandırma kanallarının mütəmadi yoxlanılmasını tövsiyə edirlər. Hamam otağında qazla işləyən avadanlıqdan istifadə zamanı təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməlidir.
Hadisənin dəqiq səbəbi araşdırmanın nəticəsindən sonra məlum olacaq.
İslam MAHMUDOV




