Cənubi Koreyada faiz qərarı: Mərkəzi Bank uçot dərəcəsini artırıb

ELAZ.İNFO xəbər verir ki,Cənubi Koreya Mərkəzi Bankı noyabrın 26-da uçot faiz dərəcəsini 3 faizdən 3,25 faizə yüksəldib. Qərar 25 baza bəndi həcmində artım deməkdir.
Bankın açıqlamasında iqtisadi artımın güclənməsi, inflyasiyanın hədəf səviyyədən yüksək qalacağı gözləntisi və maliyyə sabitliyi ilə bağlı risklər qərarın əsas səbəbləri kimi göstərilib.
Qurumun qiymətləndirməsinə görə, ölkə iqtisadiyyatında artımın həm cari, həm də növbəti ildə təxminən 4 faiz səviyyəsində olması gözlənilir. İxrac və investisiyaların iqtisadi fəallığı dəstəkləyəcəyi bildirilir.
Uçot faizinin artırılması kreditlərin bahalaşmasına səbəb ola bilər. Digər tərəfdən, belə addımlar inflyasiyanın cilovlanması və maliyyə sabitliyinin qorunması məqsədi daşıyır.
elaz.info
250




