Yaponiyanın Təslim Olduğuna İnanmayan və 29 İl Müharibəni Davam Etdirən Əsgər: Hiro Onoda

İkinci Dünya müharibəsinin bitməsinə baxmayaraq tam 29 il boyunca Filippin cəngəlliklərində döyüş tapşırığını icra etməyə davam edən yapon zabiti Hiro Onoda (Hirō Onoda) hərb tarixinin əfsanəvi simalarından biri sayılır.

ELAZ.İNFO xəbər verir ki, 1944-cü ildə Filippinin Lubanq adasına göndərilən kəşfiyyat zabiti Onodaya komandanlıq tərəfindən son ana qədər müqavimət göstərmək və heç bir halda təslim olmamaq tapşırığı verilmişdi. 1945-ci ildə Yaponiya təslim olsa da, adaya atılan xəbərdarlıq vərəqələrini və ailəsinin məktublarını düşmənin “psixoloji təbliğatı” hesab edən Onoda və döyüş yoldaşları gerilla mübarizəsini sürdürdülər. Yoldaşlarının həlak olması və ya təslim olmasından sonra Onoda 1974-cü ilə qədər cəngəllikdə təkbaşına sağ kalmaq mübarizəsi apardı. 1974-cü ildə yapon səyyah Norio Suzuki onu tapsa da, Onoda yalnız rəsmi komandirinin adaya gəlib təslim olmaq əmrini şəxsən oxumasından sonra silahını yerə qoydu. Vətəndə milli qəhrəman kimi qarşılanan Onoda müasir Yaponiyaya uyğunlaşmaqda çətinlik çəkdiyi üçün bir müddət Braziliyada fermerlik etdi. Daha sonra Yaponiyaya qayıdaraq gənclər üçün sağqalma (survival) məktəbləri təsis etdi. Hiro Onoda 2014-cü ildə Tokioda 91 yaşında vəfat edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın