Milli Məclisdə nəqliyyat və dövlət rüsumları ilə bağlı mühüm dəyişikliklər müzakirə edilir

Milli Məclisdə nəqliyyat və dövlət rüsumları ilə bağlı mühüm dəyişikliklər müzakirə edilir

ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının iyulun 10-da keçirilən plenar iclasında nəqliyyat, dövlət rüsumları və gömrük sahəsini əhatə edən mühüm qanun layihələri deputatların müzakirəsinə çıxarılıb.

Parlamentin gündəliyində “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Avtomobil nəqliyyatı haqqında”“Aviasiya haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan layihələr üçüncü oxunuşda müzakirə olunur.

Bununla yanaşı, iclasda Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, “Dövlət satınalmaları haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsinə, eləcə də torpaq münasibətləri, tibbi sığorta və miqrasiya sahələrini əhatə edən digər qanun layihələrinə də baxılır.

Müzakirəyə çıxarılan layihələrin əsas məqsədi müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi, dövlət xidmətlərinin daha səmərəli təşkili və hüquqi tənzimləmələrin müasir tələblərə uyğunlaşdırılmasıdır.

Milli Məclisin iclasının yekununda qəbul ediləcək qərarların rəsmi qaydada açıqlanacağı gözlənilir.

ELAZ.İNFO parlamentdə qəbul ediləcək qərarlar və qanunvericilikdə baş verən yeniliklərlə bağlı məlumatları operativ şəkildə oxucularına təqdim edəcək.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın