Azərbaycan sülhdən yana üzərinə düşən işləri yekunlaşdırıb

Azərbaycan sülhdən yana üzərinə düşən işləri yekunlaşdırıb

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Xarici Siyasət İdarəsinin rəhbəri Ceyhun Bayramov qeyd edib ki, sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərimizə düşən işləri yekunlaşdırmışıq.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Sammiti çərçivəsində birgə bəyanat imzalanıb: “Sülh sazişinin mətni artıq paraflanıb, mətn ictimaiyyətə açıqdır. Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Dövlətin rəsmi mövqeyini Prezident İlham Əliyev bildirib. Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra Sülh sazişi imzalana bilər”.

Aydan

Bizi izləyin və paylaşın