Moskvaya doğru uçan pilotsuz təyyarə zərərsizləşdirilib

Hava hücumundan müdafiə sistemi Moskvaya doğru uçan bir pilotsuz təyyarənin hücumunu dəf etdi.

ELAZ.İNFO xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “Max” telekanalında məlumat verib.

Bəyanatda deyilir:

-“Moskvaya doğru uçan bir pilotsuz təyyarə Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Təcili yardım xidmətləri qəza yerində işləyir”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın