Cəlilabadda ovçuluq təsərrüfatında yanğın baş verib

ELAZ.İNFO xəbər verir ki, Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatının ərazisində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Yanğının qarşısının alınması və ərazidə təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər görülüb.
Yanğının hansı səbəbdən başladığı və nəticədə nə qədər ərazinin zərər gördüyü ilə bağlı araşdırma aparılır.
Günel GÜNTAC
440




