AMEA-nın əməkdaşı Ramin Əlizadə bildirib ki, Azərbaycanda olan toponimlərin paralelləri ilə qardaş Türkiyə Cümhuriyyətində rastlaşıb.
ELAZ.İNFO-ya danışan R.Əlizadə deyib ki, “iyun ayının 2-də Türk Tarix Qurumunun Kitabxanasında 30-dan artıq kitabla və statistik toplularla tanış oldum. Bunlardan biri də 1947-ci ildə nəşr edilmiş Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin yayını olan “Türkiyədə məskun yerlər klavuzu” idi. Bu statistik topluda Elazığda və Qaziantepdə Kubatlı, Laçin, Müsikanlı yaşayış məntəqələri qeyd edilib.
Qeyd edim ki, Osmanlı dövlətinin inzibati ərazi bölgüsünə dair mənbələr əsasında hazırlanmış 1979-cu ildə Cevdet Türkayın, 2020-ci ildə isə Yusif Halaçoğlunun yayınlarında da Kubatlı və Müskanlı oymaqlarının adları qeyd edilmişdir”.
İlahə BAYINDIR
