Roskomnadzor rabitə operatorlarının istifadəçilərinə məxsus IP ünvanlarının yığılması barədə xəbərləri təkzib edib

Rusiya KİV-lərində rabitə operatorlarının istifadəçilərinə aid fərdi IP ünvanlarının dövlət qurumu tərəfindən toplanılması ilə bağlı yayılan məlumatlar rəsmi şəkildə təkzib olunub. Qurum bu cür iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

ELAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidmətinin (Roskomnadzor) mətbuat xidməti məlumat yayıb. Medyada yayılan qeyri-dəqiq xəbərlərə aydınlıq gətirən rəsmi açıqlamadakı əsas məqamlar bəndlər şəklində aşağıdakı kimi qruplaşdırılıb: Roskomnadzor bəyan edib ki, qurum tərəfindən rabitə operatorlarının istifadəçilərinə məxsus fərdi IP ünvanlarının yığılması prosesi həyata keçirilmir və bu cür fərdi məlumatlar quruma ötürülmür. Qurumun 28 fevral 2025-ci il tarixli, 51 nömrəli əmrinə əsasən, rabitə operatorları yalnız şəbəkədə özlərinin və istifadəçilərinin işlətdiyi avadanlıqlara təyin edilmiş IP ünvanları barədə məlumat təqdim edirlər.

Roskomnadzordan xüsusi olaraq vurğulanıb ki, sözügedən avadanlıqların və ya IP ünvanlarının konkret olaraq hansı istifadəçiyə aid olması barədə məlumatlar, yəni fərdi şəxs məlumatları dövlət xidmətinə ötürülmür. Qurum bir daha “İstifadəçilər haqqında məlumatların toplanılması aparılmır” deyə qeyd edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın