Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

​Azərbaycan Respublikasında aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və bölgələrin iqtisadi potensialının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

ELAZ.İNFO rəsmi mənbələrə istinadən xəbər verir ki, dövlətimizin başçısı müşavirədə geniş nitq söyləyib.

​Müşavirədə ölkədə kənd təsərrüfatının mövcud vəziyyəti, sahəyə dövlət dəstəyinin gücləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə və aqrar sektorda innovativ texnologiyaların tətbiqi məsələləri diqqət mərkəzində olub. Prezident İlham Əliyev öz nitqində qarşıda duran əsas hədəfləri müəyyənləşdirərək, daxili istehsalın artırılması və ixrac imkanlarının genişləndirilməsi ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verib.

​Xüsusilə işğaldan azad edilmiş ərazilərin aqrar potensialının dövriyyəyə cəlb edilməsi, yeni əkin sahələrinin salınması və bölgələrdə məşğulluğun artırılması məsələləri də iclasın mühüm mövzularından olub.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın