Yeni dünya nizamının qurulması prosesinin çox gərgin getdiyi indiki zamanda, ABŞ prezidenti D.Trznpin Çinə səfəri və dörd gündən sonra Rusiya prezidenti V.Putinin də tələsik Çinə səfər edərək Si Cinpinlə görüşlərinin, geosiyasi müharibələrin postulatları prizmasından baxıb, hadisələrin səbəbini və mahiyyətini anlamğa çalışaq. Ukrayna Rusiya və ABŞ-İsrailin İran müharibələri fonunda bu səfərlərdə məqsəd hər iki tərəfin iqtisadi və hərbi qüdrətə çatan Çinlə münasibətlərini etibarlı və daha yüksək səviyyəyə çatdıraraq geosiyasi mövqeyini daha da gücləndirməkdir. ABŞ-ın İran üzərində tam qələbə qazana bilməməsinin əsas səbəbi Rusiyanın siyasi və geosiyasi “məsləhət”ləti, Çinin isə müxtəlif elektron sistemi ilə yardımlarıdır. Bu yardımlar İranın tam təslim olmasının qarşısını alır. ABŞ prezidenti Çin həmkarı ilə mümkün xoş sözlərlə onunla dost və müttəfiq olmasına çalışdı. D.Tramp çox incə sətiraltı eyhamlarla həmkarına mesaj verirdi ki, gəlin rəqabətimizi münaqişəyə çevirməyək. ABŞ prezidenti hətta hər zaman hərbi yardım etdiyi Tayvand haqqında həmkarının bəyan etdiyi “Tayvan bizim qırmızı xəttimizdir” bəyanatını da sakit qarşıladı. D.Tranpın Çinə səfərində əsas məqsəd İrana Çinin yardım etməməsi haqqında razılığa gəlmək və Cini ABŞ-la eyni geosiyasi müstəviyə çəkməklə Rusiya ilə münasibətlərində ABŞ və qərbin maraqlarını nəzərə almasına nail olmaqdir.
Bu səfərdən dörd gün sonra Rusiya prezidentinin tələsik Çinə səfər etməsi, geosiyasi münasibətlərdən Rusiyanın nə qədər narahat olduğunu göstərir. Məntiqi təfəkkürlə düşünsək belə nəticəyə gəlmək olur ki, prezident V.Putin Çinli həmkarına anlatmağa çalışıb ki, əgər ABŞ İrana tam qalib gəlsə növbə Rusiya və Çinə çatacaq. Ona görə də İran məğlub olmamalıdır. ABŞ-ın təklifləri ilə İran razılaşmasa və sülh müqaviləsi olsa, o zaman ABŞ-ın geosiyasi nüfuzu zəifləyəcək, Rusiya və Çinə qarşı hücumları daha zəif olar və ümumiyyətlə bu vəziyyətdə tarazlıq yaranar.
Çin prezidenti hər iki tərəflə son dərəcə təmkinli olaraq, hər iki lideri hörmətlə qarşıladı. Çin prezidenti özünü beynəlxalq aləmdə supergüc kimi apardı. Rusiya isə özünü formal olaraq super güc kimi aparsa da, o artıq iqtisadi, siyasi, maliyyə, geosiyasi mövqeylərinə görə Çindən zəifdir.
Bu gün beynəlxalq münasibətlər sistemi iki əsas güc olan ABŞ və Çin üzərindən formalaşmaqdadır. Rusiya və digər güclər bu iki gücün birinin orbitinə düşərək təsir zonasında olmağa məcbur ediləcək. Bu o deməkdir ki, birinci bu iki supergüclərin maraqları nəzərə alınacaq. Sonra isə digər dövlətlərin maraqları nəzərə alınacaq. Bu tarix boyu geosiyasi münasibətlərin postulatıdır, yazılmayan dəmir qanundur!
Çin İrana açıq yardım etməycək. İran xalqlarının xoşbəxtliyi, İranın müstəqilliyi və ya Rusiyanın Ukraynada tam qələbəsi və geosiyasi qüdrəti yüksək olması, Çinə qətiyyən maraqlı deyil. Çin hər iki tərəfdən uçuz mal almaqda, hər ikisinin zəif və sözəbaxan olmasında maraqlıdır və bu istiqamətdə siyasət aparmaqdadır. Çinin Rusiya ilə milli valyutada ticarət etməsi də ABŞ, qərb güc mərkəzinin maliyyə sisteminə qarşı, dolların dünya ağalığına qarşı aparılan siyasətin tərkib hissəsidir. Bu Çinin təmkinlə ABŞ-a qarşı sakit mübarizəsidir.
Yeni dünya nizamının qurulması prosesində iki supergüc ABS və Çin ətrafında beynəlxalq münasibətlərin yenidən formalasması özünü göstərir.
Yeni dünya nizamında öz layiqli mövqeyini tutmaq üçün Türk Dövlətləri Təşkilatı mütləq daha da sürətlə güclənməlidir. Türk dünyasının xalqları öz haqlarını qorumaq üçün, Türk dövlətləri tam müstəqilliklərini qorumaq üçün, yeni dünya nizamının daha ədalətli olması üçün Türk Dövlətləri Təşkilatı mütləq qüdrətli supergücə çevrilməlidir! Bu bütün Türk dövlətlərinin geostrateji hədəfidir! Geniş geostrateji təfəkkürə malik olan Azərbaycan Prezidenti İlham Əliyev bütün bunları bildiyi üçün Qazaxstanın Türkstan şəhərində TDT-nin zirvə toplantısında çıxışı zamanı həmkarları qarşısında bəyan etmişdir, “Əziz dostlar, ailəmiz olan Türk Dünyası 21-çi əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir!” Olduqca doğru! Müasir beynəlxalq münasibətlər tələb edir ki, TDT super güc səviyyəsinə yüksəlsin!!!
Tahir Əlkbərov
