Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İdarə heyətinin sədri Həbib Həsənov və ölkədə fəaliyyət göstərən avtomobil daşıyıcıları şirkətlərinin rəhbərləri mühüm bir tədbirdə bir araya gəliblər.
ELAZ.İNFO xəbər verir ki, assosiasiya rəhbərliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında təşkil olunan açıq dialoq platformasında iştirak edib. Keçirilən açıq dialoq platformasının əsas hədəfləri və müzakirə mövzuları aşağıdakılar olub:
Dövlət-biznes tərəfdaşlığının daha da gücləndirilməsi və iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artırılması. Gömrük rəsmiləşdirilməsi proseslərinin maksimum dərəcədə sürətləndirilməsi və qlobal logistika zəncirində yaşanan regional çağırışların qarşılıqlı şəkildə müzakirəsi.
Tədbir çərçivəsində beynəlxalq avtomobil daşımaları sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin qarşılaşdıqları cari məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Xüsusilə, sərhəd-keçid məntəqələrində prosedurların optimallaşdırılması, “Yaşıl dəhliz” buraxılış sistemindən daha səmərəli istifadə və müasir rəqəmsal gömrük həllərinin tətbiqi məsələləri gömrük rəsmiləri ilə birbaşa dialoq rejimində nəzərdən keçirilib.
Ruslan MƏMMƏDOV
