“Carlsberg Group”la 2025-2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işlər müzakirə olunub.
ELAZ.İNFO xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan regionunda icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşüb.
Görüşdə “Carlsberg Group”la işbirliyi istiqamətləri nəzərdən keçirilib. 2025-2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işlər, pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, xammal və qablaşdırmanın lokallaşdırılması, eləcə də regionda yeni biznes imkanları müzakirə olunub.
