Pekin və Moskva Yaponiyanın Nüvə Silahı Əldə Etmək Cəhdlərinə Qarşı Birgə Mövqe Nümayiş Etdirir

Çinin Rusiyadakı səfiri Çjan Hanhuey (Zhang Hanhui) TASS informasiya agentliyi üçün qələmə aldığı məqalədə Pekin və Moskvanın Yaponiyanın sürətli remilitarizasiyasına və nüvə silahına yiyələnmək cəhdlərinə qətiyyətlə qarşı çıxdıqlarını bildirib.

ELAZ.İNFO xəbər verir ki, diplomat İkinci Dünya Müharibəsinin tarixi həqiqətlərinin və müharibədən sonrakı beynəlxalq nizamın əsaslarının dəyişdirilməsinin yolverilməz olduğunu vurğulayıb.Səfir qeyd edib ki, Rusiya və Çin tarixi ədaləti və beynəlxalq hüquq qaydalarını müdafiə edən digər ölkələrlə birlikdə Yapon hərbi dirçəlişinin (militarizminin) istənilən təzahürünün qarşısını almağa və bölgədə sülhü qorumağa hazırdırlar. Pekin administrasiyası Yaponiyanın “üç qeyri-nüvə prinsipi”ni pozmaq təşəbbüslərini beynəlxalq təhlükəsizlik rejiminə ciddi təhdid kimi dəyərləndirir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın