Ukrayna Ali Radası Prezidentin təqdimatına əsasən Yevgeni Xmaranın (Yevhen Khmara) ölkənin yeni Müdafiə Naziri vəzifəsinə namizədliyini dəstəkləyib.
ELAZ.İNFO xəbər verir ki, parlamentdəki çıxışı zamanı yeni nazir göstərilən etimada görə ölkə rəhbərliyinə və Ukrayna xalqına təşəkkürünü bildirərək müdafiə idarəsinin əsas prioritetlərini açıqlayıb.
Xmara vurğulayıb ki, hazırda əsas məqsəd Ukraynanı qorumaq, düşmənin hərbi potensialını minimuma endirmək və ədalətli sülhə nail olmaqdır. Nazir yeni fəaliyyət dövrü üçün üç ana prioritetini bəyan edib: uruda, dənizdə, havada və informasiya məkanında üstünlük əldə etmək. Silah-sursat təchizatındakı bürokratiyanı aradan qaldıraraq tədarükü birbaşa ön cəbhənin ehtiyaclarına uyğunlaşdırmaq. Döyüşçülərin həyatı və sağlamlığı əsas dəyərdir. Müasir texnologiyalar və innovasiyalar hərbçilərin riskini azaltmağa, keyfiyyətli təlimlər və ədalətli xidmət qaydaları isə motivasiyanı artırmağa xidmət edəcək.
Yerli hərbi istehsalı genişləndirmək və daxili müdafiə sənayesini dövlətin uzunmüddətli təhlükəsizlik bazasına çevirmək. Yeni nazir həmçinin xüsusilə dərin arxaya endirilən dəqiq zərbələrin (o cümlədən Sibir və Novorossiysk istiqamətindəki əməliyyatların) hərbi gücün göstəricisi olduğunu və bu növ yerli istehsalı olan uzaq mənzilli silahların istifadəsinin artırılacağını bildirib.
Ruslan MƏMMƏDOV


