ELAZ.İNFO xəbər verir ki, 2022-ci ildə “Nord Stream” qaz kəmərlərində baş vermiş partlayışlarla bağlı araşdırmada yeni saxlanılma həyata keçirilib.
Almaniya Federal Prokurorluğunun məlumatına görə, Ukrayna vətəndaşı olan Vladimir Z. Xorvatiyanın Pula şəhərində yerli polis tərəfindən saxlanılıb. Almaniya tərəfi onun “Nord Stream 1” və “Nord Stream 2” qaz kəmərlərinə partlayıcıların yerləşdirilməsində iştirak edən qrupun üzvü olduğunu iddia edir.
İstintaq materiallarına əsasən, şübhəli şəxsin sualtı dalğıc hazırlığı olub və onun kəmərlərə partlayıcı qurğuların yerləşdirilməsində iştirak etdiyi bildirilir.
Almaniya onun ölkəyə ekstradisiya olunmasını istəyir.
Qeyd edək ki, “Nord Stream” kəmərlərində partlayışlar 2022-ci ilin sentyabrında baş verib. Hadisə ilə bağlı araşdırmalar uzun müddətdir davam edir. Almaniya istintaqı partlayışların məqsədli şəkildə törədildiyini hesab edir.
İlahə BAYINDIR


