“Carlsberg Group”u ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

“Carlsberg Group”la 2025-2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işlər müzakirə olunub.

ELAZ.İNFO xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov  “Carlsberg Group”un Mərkəzi və Şərqi Avropa və Hindistan regionunda icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşüb.

Görüşdə “Carlsberg Group”la işbirliyi istiqamətləri nəzərdən keçirilib. 2025-2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işlər, pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, xammal və qablaşdırmanın lokallaşdırılması, eləcə də regionda yeni biznes imkanları müzakirə olunub.

Bizi izləyin və paylaşın