ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkə hesabında yazıb ki, “ABŞ 22 may cümə günü və ya yaxın bir neçə gün ərzində İrana daha bir hücum edə bilər və bunun qarşısını almaq mümkün olacağına ümid edirəm. Ümid edirəm ki, bunu etməyə məcbur olmayacağıq, lakin, ola bilər, biz onlara daha bir zərbə vurmalı olacağıq. Ola bilər, onlara yenidən hücum etməli olacağıq. Mən hələ əmin deyiləm”.
Digər tərəfdən isə senat prezident Trampın İrana hücumları davam etdirmək səlahiyyətini məhdudlaşdıran hərbi səlahiyyətlər haqda qanun layihəsini qəbul etdi – 4 respublikaçı senatorun qanun layihəsinin lehinə səs verməsi sayəsində.
Asif ŞƏFƏQQƏTOV
