Çinlə Rusiya arasında 42 sənəd imzalanıb

Moskva və Pekin arasındakı münasibətlər xaoslu dünyaya proqnozlaşdırıla bilənlik və sabitlik gətirir.

25 il əvvəl “Xoş qonşuluq, dostluq və əməkdaşlıq haqda müqavilə”nin imzalanması iki ölkə arasında münasibətlərin sıçrayışla inkişafına imkan verdi.

Rusiya və Çin münasibətlərinin inkişaf istiqamətini qarşılıqlı hörmət əsasında birgə müəyyən edirlər.

ELAZ.İNFO xəbər verir ki, Prezidentlər Si və Putinin iştirakı ilə keçirilən görüşdə Çinlə Rusiya arasında 42 sənəd imzalanıb. Sənədlərin əksəriyyəti elm, təhsil, kadr hazırlığı, informasiya, təbliğat, ideologiya sahəsində əməkdaşlığa aiddir. Yəni faktiki olaraq onlar uzunmüddətli ideoloji yaxınlaşmanı nəzərdə tutur.

Sinin bəyanatlarını da nəzərə alsaq, bu görüş daha çox ABŞ-ın dünya səhnəsində yaratdığı və zaman keçdikcə artacaq boşluğu doldurmaq üçün səylərin birləşdirilməsi üzrə razılaşmaya oxşayırdı.

Məlumat üçün bildirək ki, hələ ötən ilin sentyabrında ŞƏT-in Tyanjin sammitində Si qlobal idarəetmə təşəbbüsünü irəli sürmüşdü:

“Mən QLOBAL İDARƏÇİLİK təşəbbüsünü irəli sürmək, daha ədalətli və bərabərhüquqlu qlobal idarəetmə sistemini, həmçinin vahid taleli bəşəriyyətlə ortaq cəmiyyəti birgə qurmaq üçün bütün ölkələrlə işləmək istərdim.”

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın