Ədalət Verdiyev: -“Ucuz qiymətə uçuşlar həyata keçirə bilən şirkətlər lisenziya verməliyik”

Bakı-Tiflis istiqamətində hərəkət edəcək qatarların satış qiyməti ölkədə haqlı narazılıqlara səbəb olur.

ELAZ.İNFO xəbər verir ki, politoloq Ədalət Verdiyev deyir ki, “Bizə qatarla Boyuk-Kəsikdən 18 km aralıda yerləşən Gürcüstanın Qardabanin rayonuna 51 manata, Bakıdan Tiflisə 81 manata getməyi təklif edirlər.

Sizə Hollandiyanın Belçika ilə sərhəddində yerləşən Eyndhoven şəhərindən başqa ölkələrə 1saat 40 dəqiqəlik- 2 saat 50 dəqiqəlik uçuşu 17-22 avroya (35-50 manata) olan aviabiletləri təqdim edirəm”.

Ə.Verdiyevin sözlərinə görə “Ermənistan sakinləri də fevral ayında Avropaya 25-40 avroya (50-80 manata) uca bilirdi. Gürcüstana da ucuz aviareyslər həyata keçirilir. Bakıya Gürcüstan vasitəsilə gedib gələn vətəndaşlarımız var”.

Politoloq onu da söyləyir ki, “Ucuz qiymətə uçuşlar həyata keçirə bilən şirkətlərin ölkəmizdə fəaliyyətinə lisenziya verməliyik. Nəzərə almalıyıq ki, xaricdə oxuyan tələbələr, diaspora nümayəndələri, xarici qonaqlar, turistlər bu qiymət fərqini daha tez görür”.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın