ELAZ.İNFO xəbər verir ki, “Qalatasaray” “Real Madrid”də çıxış edən Eduardo Kamavinqanı 50 milyon avroya transfer etmək üçün Bafetimbi Qomisi aktivləşdirib.
Yarımmüdafiə sahəsinə dinamik, gənc və dünya səviyyəli ulduz qatmaq istəyən “Qalatasaray”ın bir nömrəli hədəfi Eduardo Camavinga idi. Sarı-qırmızılı klub dünya çempionatının heyətində yer tapa bilməyən və “Real Madrid”in yollarını ayırmağı planlaşdırdığı fransız ulduzla rəsmən bağlanıb. Rəhbərliyin əvvəlki Leroy Sane transferi kimi bu superulduz transferini də yay mövsümü başlamazdan əvvəl tamamlamağı planlaşdırdığı öyrənilib.
Sənan Altay
