İran rəsmiləri: Müctəba Xameneinin heç bir yeri kəsilməyib!

ELAZ.İNFO xəbər verir ki, güya Müctəba Xameneinin heç bir əzasi kəsilməyib!

Elə isə bəs haradadır?Niyə görünmür sualını vermək istədik.

İran Səhiyyə Nazirliyinin rəsmisi Hüseyn Kərmanpur bazar ertəsi, 28 ordibeheşt tarixində Müctəba Xameneinin vəziyyəti barədə danışarkən deyib: “Bu xəsarətlər o həddə deyildi ki, o, şəhid imam (Əli Xamenei) kimi qazi sayılsın və ya hansısa əzası amputasiya olunsun.”

O əlavə edib ki, xəsarətlər ciddi olmayıb və yalnız ayaq nahiyəsində “iki-üç tikiş” atılması kifayət edib.

Buna baxmayaraq, əsas sual hələ də cavabsız qalır: hakimiyyət “tam sağlam” olduğunu deyən şəxsin niyə aylardır bir neçə saniyəlik də olsa kamera qarşısına çıxmadığını izah etmir.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın