25 ildir Azərbaycanda distant təhsilə və onu təbliğ edənlərə qarşı mübarizə aparır

ELAZ.İNFO

Hazırda Londonda “Dünya Təhsil Forumu” ( “Education World Forum” ) keçirilir. Dünyanın müxtəlif ölkələrindən təhsil nazirləri, təhsil siyasəti ekspertləri, universitet rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri bu forumda bir araya gəlirlər. Forumun əsas müzakirə mövzuları arasında rəqəmsal transformasiya, süni intellekt, hibrid təhsil modelləri, distant təhsil, ömürboyu öyrənmə və gələcəyin universitetləri dayanır. Forumda ETN rəhbərliyi də iştirak edir.

Bu Forumdakılar bilsələr ki, ETN 25 ildir, Azərbaycanda distant təhsilə və onu təbliğ edənlərə qarşı mübarizə aparır, distant təhsilə ölkədə qadağa qoyub, distant oxuyanların diplomlarını tanımır, məzunlara deyir ki, siz sərhəddi keçməmisiniz, onda yəqin ki, tədbirin təşkilatçıları çox təəccüblənər və təəssüflənərlər.
ETN nümayəndə heyətini bəlkə də daha heç bir beynəlxalq tədbirə yaxın qoymazlar ki, siz hələ də 20-ci əsrdə qalmısınız, burdakı söhbətlər sizlik deyil, belə təhsil menecerlərinin bizimlə bir elmi tədbirdə, birgə olmağınıza hələ çox var.
ETN-nin belə turist səfərləri artdıqca, təhsildəki tənəzzül də artır. Görəsən son 5 ildə ETN-nin təşkil etdiyi belə turların, turist səfərlərinin, o cümlədən 1 ay əvvəl Qazaxıstana olan “möhtəşəm” səfərin təhsilin inkişafına nə faydası oldu?
prof. Misir Mərdanovu hərdən tənqid edirik, amma insaf naminə deməliyəm ki, 2010-cu ildə YUNESCO-nun “Təhsildə İKT” institunun Sankt Peterburqda keçirdiyi konfransa özü getmədi, dedi ki, mən ordakı söhbətlərdən az faydalanacam, bunun ölkə təhsilnə faydası az olacaq, ondansa, öz yerimə mütəxəssisləri yollayım, faydalansınlar, gəlib öyrəndiklərini tətbiq etsinlər.
Beləliklə Misir müəllimin əvəzinə BDU dosenti, rəhmətlik Ramin Mahmudzadə, ADPU-nun o vaxtki rektoru, AMEA-nın həqiqi üzvü Yusif Məmmədovun da yerinə mən, ADPU “İKT Mərkəzi”nin direktoru kimi bu konfransa getdik. Bir nəfər də PA-nın əməkdaşı bizimlə birgə bu konfransda iştirak edirdi.
Mən konfransda proqramdan kənar çıxış etdim, çıxışım təşkilatçıların xoşuna gəldi, sonralar 5 dəfə öz konfranslarına məni dəvət etdilər, (bütün səfər xərcləri, təbii ki, YUNESCO-nun hesabına idi). Sonralar orda çox məruzələr etdik, hər dəfə də ölkəni yüksək səviyyədə təmsil və təbliğ etdik. Onda indiki menecerlər hansısa kurslarda işləyirdilər.
Biz hər zaman “çörəkçiyə yox, çəkməçiyə verdikcə”, bizdə nə elm, nə təhsil, nə də innovasiya olacaqdır, heç vaxt indiki bataqlıqdan çıxa bilmərik.

İlham Əhmədov

Dosent

Bizi izləyin və paylaşın