Tikilməkdə Olan Bina Çökdü: Dağıntılar Altında Qalanların Olduğu Bildirilir

26.10.2026

Hindistanın paytaxtında ağır bədbəxt hadisə baş verib. Bir mərtəbəli binanın üzərinə əlavə mərtəbə tikilərkən uçqun meydana gəlib.

ELAZ.INFO xəbər verir ki, Delinin Harş Vihar bölgəsində yerləşən Milan Qarden ərazisində tikilməkdə olan bina bazar günü axşam saatlarında qəfil çöküb. Deli Yanğından Mühafizə Xidmətinə binanın uçması ilə bağlı daxil olan həyəcan siqnalından dərhal sonra əraziyə 5 yanğınsöndürmə maşını və xilasedici heyət cəlb olunub. Olay yerində olan Emniyyət Müdür Müavini Sandeep Lamba jurnalistlərə açıqlamasında bildirib: “Bir binanın çökməsi ilə bağlı məlumat aldıq. Əslində bu, köhnə, bir mərtəbəli bir tikili idi və üzərində yeni bir mərtəbə inşa edilirdi. Ərazi tamamilə mühasirəyə alındığı üçün konkret hansı hissənin ilk olaraq çökməsini müəyyənləşdirmək hələlik çətindir.”

Hüquq-mühafizə rəsmisi ərazidə yerli polis, yanğınsöndürənlər və mülki müdafiə dəstələrinin işlədiyini, yerli sakinlərin də xilasedicilərə yaxından köməklik göstərdiyini qeyd edib. Sandeep Lamba əlavə edib ki, hazırda binanın kənarlarından böyük həcmdə tikinti qalıqları və təmizləmə işləri aparılır. Hadisə yerinə Hindistanın Milli Fəlakətlərlə Mübarizə Qüvvələri (NDRF) kinoloji xidmət (xüsusi təlim görmüş itlər) və lazımi texniki avadanlıqlarla daxil olub. Dağıntılar altında insanların qaldığı ehtimal edilsə də, hələlik enkaz altından çıxarılan olmayıb və məlumatın dəqiqləşdirilməsi istiqamətində axtarışlar davam edir.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 240