ABŞ-yə Məxsus “Lucas” PUA-sı Vurularaq Düşürüldü

Yaxın Şərqdə gərginlik artır: İran hava hücumundan müdafiə qüvvələrinin Hörmüzqan vilayəti üzərində Amerikanın pilotsuz uçuş aparatını hədəf aldığı bildirilir.
ELAZ.INFO xəbər verir ki, İran ordusu ölkənin cənubunda yerləşən strateji bəndər kəndi Bəndər Abbas üzərində ABŞ-yə məxsus “Lucas” tipli pilotsuz hava aparatını (PUA) vuraraq düşürdüyünü iddia edib. İranın rəsmi agentliyinin məlumatına görə, PUA İran Hava Hücumundan Müdafiə Sistemlərinə bağlı bölmələr tərəfindən aşkar edilərək məhv edilib. Lakin rəsmi hesabatda insidentin tam olaraq nə vaxt baş verdiyi və PUA-nın hansı missiyanı yerinə yetirdiyi barədə ətraflı məlumat verilməyib.
İran ordusuna yaxınlığı ilə bilinən “Difa” xəbər agentliyi də PUA-nın Bəndər Abbas səmasında vurulduğunu təsdiqləyib. Digər tərəfdən, “Mehr” xəbər agentliyi ordunun ictimaiyyətlə əlaqələr departamentinə istinadən xəbər verir ki, “Lucas” PUA-sı Bəndər Abbasın yerləşdiyi Hörmüzqan vilayətinin digər bir bölgəsində — Cask (Jask) ərazisində vurulub.
2025-ci ilin Dekabr ayında ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdə Amerikanın ilk birbaşa zərbə endirən PUA donanmasının qurulduğunu elan etmişdi. Həmin donanma məhz “Lucas” PUA-ları ilə təchiz olunub. “Reuters” agentliyinin verdiyi məlumata görə, ABŞ-nin “Lucas” pilotsuz aparatı İranın məşhur “Şahid” (Shahed) PUA-larının texnologiyasından təsirlənərək layihələndirilib və bir ədədinin istehsal dəyəri təxminən 35.000 dollar təşkil edir.
Ruslan MƏMMƏDOV 🖋️




