Böyük Britaniya Kanadanın Müdafiə Bankına Qoşulmaqdan İmtina Etdi

26.10.2026

Qərb müttəfiqləri arasında hərbi maliyyələşmə layihəsində fikir ayrılığı yaranıb. London və Ottava ayrı-ayrı müdafiə institutları formalaşdırmaq barədə razılığa gəliblər.

ELAZ.INFO xəbər verir ki, Böyük Britaniya Kanadanın təşəbbüsü ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dözümlülük Bankına (DSRB) qoşulmayacaq. Məsələyə bələd olan etibarlı mənbələrin verdiyi məlumata görə, tərəflər birbaşa eyni bankda birləşmək əvəzinə, öz müdafiə maliyyələşdirmə sistemləri arasında əməkdaşlıq çərçivəsi yaratmağa qərar veriblər.

Gələn son məlumatlara görə, Britaniya və Kanada hökumətləri yeni qurulacaq bankın bir sıra strateji məsələlərində ortaq məxrəcə gələ bilməyiblər. Bankın baş qərargahının yerləşəcəyi məkan, Birgə hərbi satınalmaların həcmi və səviyyəsi, Üzv ölkələrə kreditlərin verilməsi qaydaları, Gələcəkdə quruma yeni üzvlərin qəbul edilməsi şərtləri. Yaranan fikir ayrılıqlarına baxmayaraq, iki ölkə hökuməti verdikləri birgə bəyanatda hərbi investisiyalar və strateji çağırışlarda bir-birini dəstəkləmək üçün iki fərqli strukturun yaradılacağını bildiriblər:

“Biz Çoxtərəfli Müdafiə Mexanizmi (MDM) və Müdafiə, Təhlükəsizlik və Dözümlülük Bankının (DSRB) ortaq məqsədlərimizi ən yaxşı şəkildə necə irəli apara biləcəyini nəzərdən keçirmək üçün sıx əməkdaşlıq edirik. Hər iki qurumun maraqlarına xidmət edən əməkdaşlıq çərçivəsini işləyib hazırlamaq barədə razılığa gəldik,” — deyə bəyanatda vurğulanır.

Böyük Britaniyanın diqqət yetirəcəyi MDM (Çoxtərəfli Müdafiə Mexanizmi) NATO müttəfiqləri arasında hərbi satınalma xərclərini azaltmaq, birgə maliyyələşdirməni və müdafiə investisiyalarını sürətləndirməyi hədəfləyəcək. Kanadanın rəhbərlik etdiyi DSRB isə daha çox tək-tək dövlətlərə (suveren) kreditlərin verilməsi, müdafiə sənayesi və təchizat zəncirlərinə investisiya qoyulması istiqamətində fəaliyyət göstərəcək.

Ruslan MƏMMƏDOV 🖋️

Bizi izləyin və paylaşın
👁 220