Kimi Antonelli ABŞ Qran-Prisində “Formula-1” Tarixinin Ən Gənc Çempionu Ola Bilər

Dünyanın en nüfuzlu avtosport yarışı olan “Formula-1” üzrə 2026-cı il mövsümünün həlledici mərhələləri başlayır. ABŞ-nin Ostin şəhərində keçiriləcək növbəti mərhələ turnir cədvəlindəki gərginliyi və çempionluq intizarını zirvəyə çatdırıb.
ELAZ.INFO xəbər verir ki, “Formula-1” üzrə dünya çempionatının 18-ci mərhələsi – ABŞ Qran-prisi Birləşmiş Ştatların Texas ştatında yerləşən “Trassa Amerik” avtodromunda start götürür. Sezonun bitməsinə 5 mərhələ qalmış “Mercedes” komandasının 20 yaşlı italyan pilotu Kimi Antonelli vaxtından əvvəl çempionluğunu elan edə bilər. İtalyan sürücü ABŞ-yə en yaxın izləyicisi üzərində 102 xallıq üstünlüklə yola düşüb. Antonellinin artıq bu mərhələdə titulu təmin etməsi üçün komanda yoldaşı Corc Rasselli, “Ferrari” pilotu Lyuis Hemiltonu və “Red Bull” sürücüsü Maks Ferstappeni xal hesabında üstələməsi kifayətdir.
Əgər Kimi Antonelli çempionluğunu rəsmiləşdirə bilsə, 20 yaşında bu uğura imza ataraq “Formula-1” tarixinin en gənc çempionu olacaq. Hazırda bu rekord 23 yaş 134 gün göstəricisi ilə almaniyalı Sebastyan Fettele məxsusdur. “Trassa Amerik” trekində ilk sərbəst yürüşlər cümə günü, sıralama turu şənbə, əsas yarış isə bazar günü keçiriləcək.
Ruslan MƏMMƏDOV




