“Bizi ayıran rəngli bir pərdə ola bilər, amma qəlbimizi ayıra bilməzlər”

23.10.2026

ELAZ.İNFO

Gürcüstanın paytaxtı Tifils şəhərinin tarixi Abanotubani rayonunda, Narınqalanın yaxınlığında, Botanika küçəsində fəaliyyət göstərən qədim bir məscid var. Hazırda Tifils Cümə məscidi adlanan bu dini ibadət evinin tarixi və memarlığı da maraqlı faktlar ilə zəngindir.

Məscidin tikilməsi Osmanlı imperiyasının sayəsində olub. 1723-cü ildə, Sultan III Əhmədin təşəbbüsü ilə həyata keçirilmişdir. 1730-cu illərin ortalarında Nadir şahın şəhəri ələ keçirməsindən sonra məscid ciddi zərərlər görüb. 1846–1851-ci illərdə məscid məşhur italyan memarı Covanni Skudiyerinin layihəsi əsasında yenidən bərpa edilib.O, binanın memarlığına Avropa elementləri qatmışdır. Burada olan zaman, diqqətlə baxanda məscidin pəncərələrinin yuxarı hissəsi İslam memarlığına xas olan nalvari və ya dairəvi tağlar deyil, Katolik Avropa kilsələrində rast gəlinən iti uclu Neo-Qotik tağlar formasındadır. Bir İslam ibadətgahının Avropa qotikası ilə tikilməsi dünyada az rast gəlinən hallardan biridir.

Memar Osmanlı və Əfşar dövründə olan narazlıqları aradan qaldırmaq üçün iki mehrab qoyur. Bunlar sünni və şiə məhzəbli insanların bir məsciddə ibadət edilməsi üçündür ki, daha narazlıqlar yaranmasın.Məscidin genişləndirilməsində 1895-ci ildə Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbovun böyük xidmətləri olmuşdur. Onun təşəbbüsü ilə Hacı Zeynalabdin Tağıyev Şərq hissəsini xeyli genişləndirilərək ikinci mərtəbə tikdirmiş və təmir etdirmişdir. Binanın sahəsi xeyli genişləndirilərək eyni anda yüzlərlə insanın ibadət edə biləcəyi məscid olur.

Maraqlı bir fakt budur ki, Tağıyev, mufti və axundun birgə anlaşması olur ki, burada modern İslam Universitetini yaradılsın və bura gələn tələbələrə sünni və ya şiə dərsləri deyil, birbaşa vahid İslam fəlsəfəsi, astronomiya, riyaziyyat və gürcü, rus və azərbaycan dili öyrədilsin,lakin Çar Rusiyası buna izn vermir. Çar Rusiyası və sovet dövründə bu məscid təkcə müsəlmanların deyil, müxtəlif səbəblərdən təqib olunan xristian və yəhudi ailələrinin də gizli sığınacaq yeri olub. Məscidin ruhaniləri hüquq-mühafizə orqanlarından qaçan və ya kimsəsiz qalan yerli gürcü, yəhudi və erməni ailələrini məscidin geniş zirzəmilərində və arxa otaqlarında gizlədər, onlara yemək verərdilər.

Cümə məscidi, yaxınlıqdakı Müqəddəs Georgi gürcü kilsəsi və erməni kilsəsi bir-birinə çox yaxın məsafədədir. Əsrlər boyu bu ibadətgahların ruhaniləri arasında yazılmamış bir qanun olub, Azan oxunan dəqiqələrdə kilsə zəngləri çalınmır, kilsədə böyük ayinlər bitdikdən sonra isə azan vaxtına qədər sükut qorunurdu.Məscidə sovetlər toxuna bilmədilər, buna görə də digər yerlərdə talançılıq baş verdiyi üçün yerli azərbaycanlılar, xüsusən qadınlar evlərdə və digər dini yerlərdə olan qiymətli əşyaları gizlicə öz geyimlərinin altında, bəzilərini isə köhnə Tiflisin yeraltı drenaj və su kanalları vasitəsilə gizli yollarla Cümə məscidinə daşımış və burada gizlətmişlər.Repressiya illərindən başlayaraq 1955-ci ilə qədər Sovet rəhbərliyi məsciddə ikitirəlik yaratmaq cəhdləri edir. Sünni və şiələr arasında nifaq salıb parçala və hökm sür siyasətindən istifadə etmək planları isə alınmır.

Tiflis müftisi və axundu məhzəblər arasında nifaq yaranmasın deyə şəhərdə görüş keçirirlər və əl sıxdılar və dedilər:

“Bizi ayıran rəngli bir pərdə ola bilər, amma qəlbimizi ayıra bilməzlər”. Buna görə də burada o dövrlədə hər həftə imam dəyişir, bir həftə cümə namazını sünni imam qıldırır və şiələr ona tabe olur, növbəti həftə isə şiə axundu qıldırır və sünnilər onun arxasında namaz qılır.Məscidin düz arxasında, indiki Tiflis Nəbatat Bağının ərazisində vaxtilə böyük bir müsəlman qəbiristanlığı mövcud olub. Burada dəfn edilənlərin 90 faizi də Tifilsdə yaşayan azərbaycanlılar olub. Sovet dövründə qəbiristanlığın böyük hissəsi dağıdılsa da, məscid icmasının səyləri ilə qorunub saxlanıb. Fətəli xan Xoyski, Mirzə Fətəli Axundov və Mirzə Şəfi Vazeh kimi dahi soydaşlarımızın məzarı burdadır.

Prof.Dr.

Zaur Əliyev

Bizi izləyin və paylaşın
👁20