Xocalı Və Ağdərə Rayonlarına Növbəti Köç Həyata Keçirilib: 176 Nəfər Doğma Yurda Qayıdıb

23.10.2026

İşğaldan azad edilmiş ərazilərimizdə həyatın bərpası və Böyük Qayıdış proqramının uğurla icrası sürətlə davam edir. Doğma yurdlarından illər boyu didərgin düşmüş soydaşlarımızın mərhələli şəkildə öz baba ocaqlarına qayıdışı işğaldan azad olunmuş bölgələrin dirçəlişinin ən bariz nümunəsidir.

ELAZ.INFO xəbər verir ki, Xocalı və Ağdərə rayonlarına növbəti köç prosesi həyata keçirilib. Bu mərhələdə ümumilikdə 44 ailə – 176 nəfər doğma yurdlarına qayıdaraq yeni həyata başlayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məskunlaşma aşağıdakı coğrafiya üzrə bölünüb:

Xocalı rayonu üzrə (15 ailə, 64 nəfər): Ballıca kəndinə 5 ailə (27 nəfər), Xocalı şəhərinə 4 ailə (23 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər). Ağdərə rayonu üzrə (29 ailə, 112 nəfər): Heyvalı kəndinə 23 ailə (83 nəfər), Vəngli kəndinə 6 ailə (29 nəfər). Doğma torpaqlarına qayıdan ailələr müasir standartlara cavab verən yeni mənzillərinə yerləşdiriliblər. Yaşayış məntəqələrində müvafiq infrastruktur yaradılıb, sakinlərin rahat, təhlükəsiz və dinc yaşaması, eləcə də gündəlik tələbatlarının qarşılanması üçün bütün zəruri imkanlar təmin olunub.

Bizi izləyin və paylaşın
👁26