Rusiya Vətəndaşlarına Xəbərdarlıq Edib: Deportasiya Və Həbs Riski Var

Avropa İttifaqı standartlarının tətbiq edildiyi ölkələrdə beynəlxalq gərginlik fonunda Rusiya vətəndaşlarına qarşı hüquqi və inzibati nəzarət mexanizmləri sərtləşdirilir. Bu durum həmin ölkələrdə yaşayan və ya səfər edən xarici vətəndaşlar üçün müəyyən risklər və çətinliklər yaradır.
ELAZ.INFO xəbər verir ki, Rusiyanın Çernoqoriyadakı səfiri Aleksandr Lukaşik müsahibəsində bilditib ki, ölkədə bulunan Rusiya vətəndaşlarının heç bir izahat verilmədən deportasiya olunmaq və ya saxlanılmaq riski ilə üz-üzə olduqlarını bildirib. Səfir qeyd edib ki, Çernoqoriya öz daxili qanunvericiliyini Avropa İttifaqı qaydalarına uyğunlaşdırdığı üçün bu ölkəyə səfər etmək riski Aİ ölkələrinə səfər etməkdən fərqlənmir. Lukaşikin sözlərinə görə, heç kim səbəbsiz tutulma və ya ölkədən çıxarılma hallarından sığortalanmayıb.
Diplomat, həmçinin əlavə edib ki, Çernoqoriyada yaşayan soydaşları yerli hakimiyyət orqanlarının sənədləşmə, işə qəbul və bank hesablarının açılması kimi məsələlərdə həddindən artıq tələbkarlığından və bəzən də özbaşınalığından şikayətlənirlər. Lakin səfir bu kimi ayrı-ayrı insidentlərin məqsədyönlü və sistemli diskriminasiya olduğunu söyləmək üçün hələlik kifayət etmədiyini vurğulayıb.
Ruslan MƏMMƏDOV




