Kamboca Beynəlxalq Axtarışda Olan İki Rusiya Vətəndaşını Təhvil Verib

Cinayətkarlıqla mübarizədə beynəlxalq polis əməkdaşlığı və ekstradisiya mexanizmləri maliyyə dələduzluğu törədərək ölkədən qaçan şəxslərin məsuliyyətə cəlb olunmasında həlledici rol oynayır. İnterpol xətti ilə aparılan birgə əməliyyatlar gizlənməyə çalışan cinayətkarların hər kəs üçün ədalətdən qaçılmazlığını nümayiş etdirir.
ELAZ.INFO xəbər verir ki, Kamboca Krallığının səlahiyyətli orqanları kredit dələduzluğunda və sahibkarlıq fəaliyyəti sahəsində dələduzluqda ittiham olunan iki Rusiya vətəndaşını Pnompen hava limanında İnterpol və Cəzaların İcrası üzrə Federal Xidmətin nümayəndələrinə təhvil verib.
Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volkun verdiyi məlumata görə, ekstradisiya olunan şəxslərdən biri 2007–2008-ci illərdə avtoservis rəhbəri işləyərkən banklara saxta sənədlər təqdim edərək 6,5 milyon rubldan çox vəsaiti mənimsəməkdə günahlandırılır. O, 2014-cü ildən xaricdə gizləndiyi üçün beynəlxalq axtarışa verilmişdi.
Təhvil verilən digər şəxs – qadın isə turizm agentliyi vasitəsilə vətəndaşlara turpaketlər sataraq öhdəliklərini yerinə yetirməməkdə və külli miqdarda ziyan vurmaqda ittiham olunur. O da 2015-ci ilin dekabrından beynəlxalq axtarışda idi. Kambocada saxlanılan hər iki təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılmaq üçün Moskvaya etap edilib.
Ruslan MƏMMƏDOV




