Bu gün qlobal liderlər, şəhər mütəxəssisləri, siyasətçilər, icmalar və tərəfdaşlar şəhərlərin və yaşayış məntəqələrinin gələcəyi ilə bağlı dialoq və fəaliyyət formalaşdırmaq üçün Dünya Şəhər Forumunun On Üçüncü Sessiyasında Bakıda toplanıb.
ELAZ.İNFO xəbər verir ki, bu gün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayır.
182 ölkədən 40 000 nəfərdən çox iştirakçının qeydiyyatdan keçməsi forum tarixində rekord kimi qiymətləndirilir.
Məlumat üçün bildirək ki, tədbirdə BMT-nin 6 rəsmi dili – ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək.
Günel GÜNTAC
