Fransa sön dövrlər Cənubu Qafqaz və Türkiyə ətarafındakı bölgələrdə təkcə diplomatik deyil, həm də praktiki fəallığını artırır. Ermənistanla və yunan Kipri ilə strateji mittəfiqlik və hərbi əməkdaşlıq haqqında sazişlərin bağlanması, Cənubi Kiprdə “humanitar missiyalar” adı altında Fransa hərbi kontingentinin yerləşdirilməsi haqqında yeni sazişin imzalanmasına hazırlıq bunu bir daha təsdiq edir.
Bu sazişlərin imzalanmasında əsas məqsəd bir tərəfdən Fransanın Cənubu Qafqaz və Türkiyə ətrafı bölgələri hərbi cəhətdən öz əhatə dairəsi altına almaqdır, bir növ Türkiyə ətrafındakı çəmbəri daraltmaqdır.. Türkiyənin Cənubi Qafqazda söz sahibi olması, Avropanın enerji təchizatında və təhlükəsizlik arxitekturasaında əhəmiyyətli rol oynamasə Fransanı və Makronu ciddi narahat edir.
Görünən odur ki, Fransa bir tərəfdən Ermənistanı silahlandırmaq, digər tərəfdən də Kiprin yunan kəsimilə hərbi əməkdaşlığı gücləndirməklə onları Türkiyəyə qarşı qoymağa çalışır. Bu fonda Cənubi Kiprdə Fransa hərbi kontingentinin yerləşdirməsi ideyası ola bilsin gələcəkdə bölgədə Türkiyəyə qarşı hansısa təxribatlara hazırlığın başlanğıcı hesab oluna bilər.
Lakin Fransanın Cənubi Kiprdə hərbi kontingentini yerləşdirməsi mümkün olsa da, onun bundan təxribat kimi yararlanması nəticə verməyəcək. Belə edərsə, Paris sözsüz ki, layiqli cavabını alacaq. Türkiyə ilə zarafat etmək olmaz. Fransa Türkiyədən fərqli olaraq NATO-nun hərbi blokunda təmsil olunmur. Türkiyə təşkilatda hərbi cəhətdən ikinci güclü dövlətdir. Hazırda Avropanın özü də təhlükəsizlik məsələsində daha çox Ankaraya etibar edir, nəinki Parisə. Eyni zamanda Fransanın bu addımı cavabsız qalmamalıdır. Cavab olaraq, Türkiyə çəkindirici addım kimi Cənubi Qafqazda və Şimali Kipr Türk Cümhuriyyətində özünün hərbi kontingentini gücləndirməlidir.
Qulamhuseyn Əlibəyli
Sabiq millət vəkili, BDU-nun
Konsitusiya hüququ kafedrasının baş müəllimi
