Yaxın qonşumuz olan İran səmasından qara buludlar çəkilmək bilmir. Təbii ki, İsrail, ABŞ ilə olan müharibənin nə zaman sona yetəcəyi haqqında müxtəlif informasiyalar dünya mətbuatında yer almaqdadır. Amma o da aydın məsələdir ki, müharibənin sona yetməsi üçün tərəflər arasında razılaşma olmalıdır.
ELAZ.İNFO xəbər verir ki, İranın Fars xəbər agentliyinin məlumatına görə İran və ABŞ tərəfi müharibənin başa çatmasını şərtləndirən növbəti tələbləri ortaya qoyublar.
Dünyanın diqqət mərkəzində olan şərtlər müzakirə obyektinə çevrilib. ABŞ-nin İrandan tələblər bunlardan ibarətdir:
-ABŞ zərərə görə heç bir kompensasiya və ya ödənişi ödəməyəcək
-İrandan ABŞ-a 400 kq yüksək zənginləşdirilmiş uranın ixracı və nəqli
-İranda işləyən yalnız bir nüvə stansiyası buraxın
-Dondurulmuş İran aktivlərinin hətta 25%-ni belə azad etməyin
-Danışıqlar zamanı bütün cəbhələrdə müharibənin dayandırılması şərti.
İran tərəfi isə aşağıdakı tələblərlə iştirak edir:
-Bütün cəbhələrdə, xüsusilə Livanda müharibəyə son qoymaq
-İrana qarşı sanksiyaların qaldırılması; dondurulmuş İran fondlarının azad edilməsi
-Müharibənin vurduğu ziyanın kompensasiya edilməsi
-İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması.
Göründüyü kimi, tələblərin yerinə yetirilməsi mümkünsüzdür. Nə ABŞ-nin, nə də İranın bu şərtlər altında atəşkəsə əməl edəcəyi mümkün deyil.
İlahə BAYINDIR
