“Real Madrid” Çindən üzr istəyir

ELAZ.İNFO xəbər verir ki, Mbappé böhranı bütün sürətiylə davam edir
“Real Madrid”, Kilian Mbappé-nin Mao Zedunla bağlı söylədiyi fikirlərə görə Çin xalqından üzr istəyib. Çinli sponsorlar futbolçu ilə əlaqələri kəsiblər.
“Real Madrid”, fransız ulduz Kilian Mbappé-nin şərhlərinin Çində yaratdığı narazılığa cavab olaraq, Çin xalqından rəsmən üzr istəyib. Çinin dövlət yayımçısı CCTV-nin klubdan üzr tələb etdiyi böhran fonunda, “Real Madrid” futbolçunun özünün daha əvvəl etdiyi üzrxahlığı dəstəklədiyini bəyan edib.
Rəsmi açıqlamada “Real Madrid”, Mbappé-nin sözlərinin yaratdığı incikliyə görə Çin xalqından üzr istəyib. Klub həmçinin bildirib ki, Mbappé-nin öz sözlərinə görə peşmanlığını ifadə etdiyi və Çin xalqına hörmətini bir daha vurğuladığı ictimai üzrxahlığı dəstəkləyir.
“Oyunçumuz Kilian Mbappé-nin son vaxtlar səsləndirdiyi fikirlərin yaratdığı incikliyə görə Çin xalqından üzr istəyirik. Klub, Kilian Mbappé-nin öz sözlərinə görə peşmanlığını ifadə etdiyi və Çin xalqına hörmətini bir daha təsdiqlədiyi ictimai üzrxahlığa qoşulur.”
Aydan




