Bakıda su aparatlarından oğurluq iddiası: Üç nəfər həbs edilib

28.10.2026

ELAZ.İNFO xəbər verir ki, paytaxtın bir neçə rayonunda su satışı aparatlarının sındırılması və içərisindəki pulların götürülməsi ilə bağlı polisə müraciətlər daxil olub. Hadisələrin Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında qeydə alındığı bildirilir.

Məlumata əsasən, aparatların pul qəbul edən hissələrinə zərər vurulub, bununla da şirkətə əlavə maddi ziyan dəyib. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində şübhəli bilinən üç nəfər saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma davam edir.

İslam MAHMUDOV

👁 190