Ağdamın “İmarət” kompleksi turizm məkanına çevrilir

ELAZ.İNFO xəbər verir ki, Ağdamın tarixi irsinin qorunması və bölgənin turizm imkanlarının genişləndirilməsi istiqamətində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi diqqət mərkəzindədir. Rəsmi məlumatlarda kompleksin artıq turizm məkanı kimi inkişaf etdiyi bildirilir.
Yeri gəlmişkən bildirək ki, “İmarət” Qarabağın tarixi yaddaşı ilə bağlı mühüm məkanlardan biri hesab olunur. Belə obyektlərin ziyarətçilər üçün əlçatan olması bölgənin mədəni irsinin tanıdılması ilə yanaşı, yerli turizm marşrutlarının formalaşmasına da töhfə verə bilər.
Günel GÜNTAC
260




